Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, hər üç matç eyni gündə baş tutub.
Çempionatın lideri “Abşeron” aşkar autsayder UNEC-i sınağa çəkib. Tələbələr bu görüşdə güclü rəqibə ciddi müqavimət göstərə bilməyiblər.
Digər iki matçda turnir cədvəlindəki qonşular üz-üzə gəliblər. “Murov Az Terminal” gərgin mübarizədə keçən qarşılaşmada "Azərreyl"i məğlub edib. “Milli Aviasiya Akademiyası” isə “Gəncə”dən güclü olub.
Qeyd edək ki, matçlardan ikisi GİN-in Voleybol Mərkəzi, biri UNEC-in idman zalında baş tutacaq.
Yüksək Liqa
Qadınlar
VII tur
16:00. “Murov Az Terminal” - "Azərreyl" - 3:2 (25:22, 24:26, 25:27, 25:17, 15:13)
17:00. UNEC - “Abşeron” - 0:3 (8:25, 16:25, 9:25)
18:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə” - 3:0 (25:11, 26:24, 25:19)
- “İmişli”nin baş məşqçisi: “İstəyimizə çatdıq və xalımızı aldıq"
- "Zirə" Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB
- Qvardiola qərarını verdi: "Mançester Siti"dən ayrılmaq istəyir
- “Qarabağ” Monteneqro millisinin futbolçusu ilə 2 illik müqavilə imzaladı
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...