19 yaşlı müdafiəçi daha 4 il “Barselona”da - RƏSMİ
09.10.2026 - 09:25
“Barselona” müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kataloniya təmsilçisi 19 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, 2015-ci ildən “Barselona”nın akademiyasında çıxış edən Espart 2026-cı ilin martında əsas komandada debüt edib. Gənc müdafiəçi cari mövsüm La Liqada keçirdiyi 5 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
0
0