"Atletiko" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirmək istəyir
22.03.2025 - 18:33
"Vilyarreal"ın və İspaniya millisinin yarımmüdafiəçisi Aleks Baena klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.
23 yaşlı ispan futbolçu ilə "Atletiko Madrid" maraqlanır.
Klub rəhbərliyi Baenanın Dieqo Simeonenin oyun sxeminə uyğunlaşacağına inanır.
Xatırladaq ki, Aleksin müqaviləsində 60 milyon avroluq sərbəst qalma bəndi var.
Yarımmüdafiəçi İspaniya çempionatının cari mövsümündə 25 matçda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub
- Fernandu Santuş: "Çıxışımızda müsbətə doğru böyük dəyişiklik var"
- Olimpiya çempionu Hidayət Heydərov "Neftçi"nin qonağı olub
- “Neftçi”nin baş məşqçisiz qalması bizim üçün üstünlük ola bilər”
- “Kubok matçını da bu şəkildə qazanmaq istəyirik“ - Evren Alkaya
0
0