Rafinya daha 3 il “Barsa”da - RƏSMİ
22.05.2025 - 21:53
Rafinya daha 3 il “Barsa”da - RƏSMİ

İspaniya La Liqası təmsilçilərindən "Barselona" Rafinya ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniyalılar 28 yaşlı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalayıb.

Xatırladaq ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. 

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində  meydana çıxdığı 56 rəsmi matçda 34 qol, 25 məhsuldar ötürmə ilə yadda qalıb.