“Atletiko” ispaniyalı yarımmüdafiəçi ilə müqavilə yeniləyib - RƏSMİ
23.05.2025 - 00:28

"Atletiko Madrid" futbolçusu Pablo Barriosla müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin 2028-ci il yayında bitəcək sözləşməsi daha iki mövsümlük artırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ispaniyalı oyunçu bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol, 4 assistlə yadda qalıb.
0
0