“Bavariya” onun üçün gözləmə mövqeyinə keçdi
05.12.2022 - 14:33
Almaniyanın “Bavariya” klubu İngiltərə millisinin futbolçusu Harri Keynlə danışıqlar aparmır.
Apasport.az saytının məlumatına görə, Bundesliqa klubu Qətərdəki dünya çempionatı başa çatana qədər hücumçu ilə təmasa keçməyəcək.
Münhenlilər mundialın gedişində danışıq aparmağı məqsədəuyğun saymır. Keynin xidmətində maraqlı olan “Bavariya” bunun üçün gözləməyi lazım bilib.
Qeyd edək ki, Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- “Formula 1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
- "Arsenal" son dəqiqə qolu ilə 3 xalı qazandı
- Anar Dünyamalıyev: "2-ci liqaya çıxmaq istəyiriksə, xarakter göstərməliyik"
- "Porto" rəhbərliyi futbolçuları evə getməyə qoymadı - Gecə cəzası
- Fiqurlu konkisürmə üzrə Qran-Pri turnirinin qısa proqramı keçirilib - FOTO
0
0