“Çelsi” İspaniyadan futbolçu alır
11.10.2022 - 00:51
“Vilyarreal”ın futbolçusu Yeremi Pino karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçinin xidmətində “Çelsi” maraqlıdır.
London klubu Pinonu mövsümlərarası fasilədə heyətinə qatmaq istəyir. O, müqaviləsi başa çatacaq Meyson Mauntu əvəzləməlidir. Sonuncu ilə anlaşmanın uzadılmayacağı gözlənilir.
Qeyd edək ki, Pino cari mövsümün 9 oyununda 1 qol vurub.
- Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
- “Azerreyl” Serbiya klubu ilə qarşılaşacaq
- Azərbaycan millisi Belarusa gedir
- “Naxçıvan”ın baş məşqçisi: “Gün keçdikcə komanda daha da yaxşı çıxış edəcək”
- Çempionlar Liqasında 5 qarşılaşma: Pley-offa ilk addım
0
0