Didye Deşamın anası vəfat edib: Fransaya qayıdacaq
24.06.2026 - 00:02
Didye Deşamın anası vəfat edib: Fransaya qayıdacaq

Fransa millisinin baş məşqçisi Didye Deşam ailəsində baş verən itki səbəbindən düşərgəni tərk edəcək.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssisin anası vəfat edib.

Fransa Futbol Federasiyasının açıqlamasına görə, Deşam ailəsinin yanında olmaq və anası ilə vidalaşmaq üçün Fransaya qayıdacaq. Bu səbəbdən o, DÇ-2026-nın qrup mərhələsində Norveçə qarşı keçiriləcək oyunda ehtiyat oyunçular skamyasında yer almayacaq.

Qeyd edək ki, Fransa millisi ilk iki turda Seneqalı 3:1, İraqı isə 3:0 hesabı ilə məğlub edərək 1/16 finala vəsiqəni vaxtından əvvəl təmin edib.