AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.
Apasport.az xəbər verir ki, toplantıda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə qaydalarda nəzərdə tutulmuş dəyişikliklər, həmçinin müasir futbolun aktual mövzularından olan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri əsas müzakirə predmeti olub.
Səfər çərçivəsində E.Məmmədov həmçinin UEFA-nın müxtəlif departament rəhbərləri ilə işgüzar görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- XXXII turun hakim təyinatları açıqlandı
- Ərəblər Fernandesin "saqqızını oğurlaya bilmədi"
- "Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyəyə qarşı matçda məğlub oldular - VİDEO
- Daha bir azərbaycanlı yeniyetmə idmançıda dopinq tapıldı