“Everton”dan ayrıldı - yeni klubu bəlli oldu
25.07.2026 - 16:22
“Everton”dan ayrıldı - yeni klubu bəlli oldu

“Everton”dan ayrılan İdrissa Qana Qeye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi “Əl-Diriyah” klubu ilə anlaşıb.

36 yaşlı futbolçu yeni komandası ilə 1 illik müqavilə imzalayacaq. Razılaşmada sözləşmənin daha bir il uzadılması ilə bağlı bənd də yer alıb.

Qeyd edək ki, Qeye 2016–19 və 2022–26-cı illərdə “Everton”un formasını geyinib. O, Liverpul təmsilçisinin heyətində keçirdiyi 236 oyunda 10 qol vurub, 11 məhsuldar ötürmə edib.