“Fənərbaxça”nın braziliyalı futbolçusu Fred karyerasını vətənində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə “Atletiko Mineyro” yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, komanda cari mövsümün sonunda İstanbul təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır. Oyunçunun özü də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, “Fənərbaxça” Fredi 2023-cü ildə “Mançester Yunayted”dən 9,74 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm “sarı-lacivərdlilər”in heyətində keçirdiyi 39 rəsmi oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Elmar Baxşıyev: "Stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar"
- Qurban Qurbanovun mətbuat konfransının tarixi bəlli olub
- Futbol dünyası yasda: İtaliya əfsanəsi vəfat edib
- Azərbaycan millisinə PROQNOZ: “AFFA-nın səbrinə həsəd aparmaq olar”
- “Qarabağ”dan ayrıldı, müqaviləyə hazırlaşır