“Fənərbaxça”da prezident seçkilərində Aziz Yıldırıma məğlub olan namizədi Hakan Safi açıqlama yayıb.
Apasport.az xəbər verir ki, Safi seçkinin klub adına xeyirli olmasını arzuladığını bildirib.
O, proses boyunca ona güvənən, dəstək verən və fikirlərini paylaşan hər kəsə təşəkkür edib.
Hakan Safi yalnız seçki kampaniyası aparmadıqlarını, “Fənərbaxça”nın gələcəyi ilə bağlı layihələrini, hədəflərini və inamlarını paylaşdıqlarını vurğulayıb.
O, seçkilərdə az səs toplamadıqlarını xatırladıb:
“Aldığımız 10 minə yaxın səsin məsuliyyətinin fərqindəyik”.
Safi açıqlamasının sonunda “Fənərbaxça”nın şəxslərdən və vəzifələrdən üstün olduğunu qeyd edib:
“Bu böyük camiənin bir fərdi olmaqdan hər zaman qürur duydum, duymağa da davam edəcəyəm. Çünki Fənərbaxça nəticələrdən daha böyük dəyərdir”.
Qeyd edək ki, “Fənərbaxça”da keçirilən prezident seçkilərində Aziz Yıldırım 17 245 səslə qalib gəlib. Hakan Safi isə 9 927 səs toplayıb.
- “Barselona”nın qapıçısı “Napoli”yə keçir
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- PSJ matça klub tarixinin ən gənc heyəti ilə çıxıb
- PSJ-ni 4 milyard avroya satmadı - SƏBƏB
- David Şvarqa: “Böyük təcrübəyə malik komanda ilə qarşılaşacağıq”