Kurtua “El Klasiko”da oynamayacaq
14.10.2022 - 18:11
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya La Liqasının IX turunda “Barselona” ilə prinsipial oyunu buraxacaq.
Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvünü “El Klasiko”ya yetişdirmək mümkün olmayacaq.
Madrid klubunun həkimləri Kurtuanın qarşıdakı matçda iştirakının riskli olacağını düşünür. Bu üzdən baş məşqçi Karlo Ançelottiyə onu buna məcbur etməyin doğru olmadığı bildirilib.
Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək “Real” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
- Terim Çexiya millisinin yeni baş məşqçisi olacaq
- 7 aylıq hamilə olan misirli idmançı Olimpiya Oyunlarına qatılıb
- İdmançımız Türkiyədə keçirilən beynəlxalq turnirdə çempion olub
- Yeqor Xvalko: "Qarabağ" kimi komandalara qarşı oynayanda böyüyürsən"
- Georgi Dermençiyev: "Cütün taleyi Razqradda həll olunacaq"
0
0