"Liverpul" son 60 ilin ən pis nəticəsinə imza atıb
23.11.2025 - 12:55
İngiltərə Premyer Liqasının XII turunda "Nottinqem Forest"ə 3:0 hesabı ilə məğlub olan "Liverpul" yarışda son 60 ilin ən pis nəticəsinə imza atıb.
Apasport.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
"Liverpul" 1965-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqasında ardıcıl iki məğlubiyyət (buraxılan üç və ya daha çox qolla – red.) alıb. Həmin vaxt kluba Bill Şenkli rəhbərlik edirdi.
"Liverpul" hazırda 18 xalla İngiltərə çempionatında 11-ci pillədə qərarlaşıb.
- Azərbaycan cüdoçuları Polşada təlim-məşq toplanışındadırlar
- Parataekvondoçumuz Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
- Nuno Eşpirito Santos istefaya göndərildi
- Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb
- Nuno Rodriqes: “Baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib.” - Müsahibə
0
0