“Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
17.08.2026 - 16:47
“Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır

“Mançester Siti” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandezin transferi ilə bağlı danışıqları davam etdirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, “şəhərlilər” yaxın günlərdə London klubu ilə yenidən danışıqlar masasına oturacaq.

Argentinalı futbolçu baş məşqçi Enzo Mareskanın istəyi ilə klubun transfer hədəfləri sırasında yer alır.

“Çelsi” avqustun 14-də “Mançester Siti”yə Fernandez üçün təklif göndərmək məqsədilə son tarix müəyyənləşdirsə də, Mançester təmsilçisi həmin müddətdə tələb olunan məbləği ödəməyib. Buna baxmayaraq, tərəflərin danışıqları davam etdirməyə hazır olduğu bildirilir. “Zadəganlar”ın futbolçu üçün 120 milyon funt sterlinq tələb etdiyi qeyd olunur.

Fernandezin də keçidə müsbət yanaşdığı və sabiq baş məşqçisi Mareska ilə yenidən işləmək istədiyi iddia edilir. 

Qeyd edək ki, Enzo 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir.