Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
25.07.2026 - 19:40
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo komandada əsas fiqur hesab etdiyi futbolçuların siyahısını müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, portuqaliyalı mütəxəssis Kilian Mbappe, Cud Bellinqem, Federiko Valverde, Arda Gülər və Bernardo Silvanı heyətin "toxunulmaz" üzvləri hesab edir.
Klubun bu futbolçularla bağlı gələcək transfer təkliflərini nəzərdən keçirməyi planlaşdırmadığı bildirilir.
0
0