"Qalatasaray" heyətini Camal Musiala ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə "beIN Sports" məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi "Bavariya"nın futbolçusu ilə razılıq əldə etmək üzrədir.
Bildirilir ki, transferin icarə əsasında reallaşması gözlənilir.
22 yaşlı almaniyalı futbolçu "10 nömrə", cinah və mərkəz yarımmüdafiəçisi mövqelərində çıxış edə bilir.
Qeyd olunur ki, "Bavariya"da bu keçidə isti yanaşır.
Belə ki, heyət planlaması ilə bağlı qeyri-müəyyənlik səbəbindən Musialanın icarəyə göndərilməsi variantı klub tərəfindən nəzərdən keçirilir.