Qakpo millinin oyunlarını buraxacaq
02.10.2023 - 19:21
Niderland millisinin və “Liverpul”un futbolçusu Kodi Qakponun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, hücumçu zədə səbəbindən bir neçə həftə məşqlərdən kənar qalacaq.
O, Premyer Liqanın VII turunun “Tottenhem”lə matçında (1:2) xəsarət alıb. Bu səbəbdən Qakpo oyunun fasiləsində əvəzlənib. Onun yığmanın oktyabr matçlarını da buraxacağı gözlənilir.
Qeyd edək ki, Kodi bu qarşılaşmanın birinci hissəsində qol vurub.
- “Qarabağ” üçün mükafatlandırma mərasimi
- Azərbaycan xallarının sayını artırdı, Ermənistan gerilədi - UEFA reytinqi
- Samir Şərifov: III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib
- Ağacan Abiyev “Olimpiya çələngi” mükafatı ilə təltif olunub
- İngiltərə Premyer Liqasında yeni mövsüm başlayır
0
0