“Real” futbolçusu ilə razılaşa bilmir
30.09.2022 - 22:38

“Real” fransalı müdafiəçisi Ferlan Mendi ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, tərəflər bu məsələdə heç cür razılığa gələ bilmir.
“Kral klubu” 27 yaşlı cinah oyunçusunun maaşında meneceri ilə ortaq məxrəcə gələ bilmir. Bu üzdən danışıqlar müvəqqəti dondurulub. Onun hazırkı sözləşməsi 2025-ci ilin yayına qədərdir.
Qeyd edək ki, 2019-cu ildən “Real”ın formasını geyinən Ferlan Mendi cari mövsüm 8 oyunda iştirak edib.
- AFFA Premyer Liqa klublarının tibbi heyəti üçün seminar keçirib
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- Zirədə heç-heçə, "Neftçi"dən ardıcıl 2-ci qələbə - YENİLƏNİB
- Rusiyanın İranla yoldaşlıq oyunu sərt reaksiyaya səbəb oldu
- "Barselona"nın 16 yaşlı futbolçusundan rekord
0
0