“Roma” türkiyəli futbolçunu alır
14.06.2022 - 13:35
Türkiyə millisinin futbolçusu Zeki Çəlik karyerasını "Roma"da davam etdirə bilər.
Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, UEFA Konfrans Liqasının ilk çempionu olan “canavarlar” “ay-ulduzlular”ın müdafiəçisini transfer etməyə çox yaxındır.
“Roma” "Lill" ilə Fransa çempionluğu yaşayan 25 yaşlı futbolçu üçün 7 milyon avro ödəməyi planlaşdırır.
Qeyd edək ki, “Lill”in heyətində 143 oyun keçirən sağ cinah müdafiəçisi 8 qol vurub, 14 məhsuldar ötürmə verib.
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- "Fənərbaxça" "Ferencvaroş"la matça 5 itki ilə çıxacaq
- Ukrayna irəlilədi, Azərbaycan mövqeyində qaldı – UEFA reytinqi
- “Qarabağ”ın braziliyalı futbolçusu: “Həyəcan var idi”
- Salah ardıcıl üçüncü dəfə “ayın oyunçusu” seçildi
0
0