Ronaldonun “Əl-Nəsr”də debüt oyunu açıqlandı
02.01.2023 - 11:53
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun yeni transfer olunduğu “Əl-Nəsr”də debüt görüşünün vaxt açıqlanıb.
Apasport.az saytının məlumatına görə, superulduz Səudiyyə Ərəbistanı Peşəkar Liqasının XII turunda meydana çıxacağı gözlənilir.
Yanvarın 5-nə təsadüf edəcək matçda “Əl-Nəsr” “Əl-Tay”ı qonaq edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”lə iki illik müqavilə imzalayıb.
- Ange Mutsinzi: “Osiyek” asan komanda deyil" - Açıqlama
- Məşqçi yetirməsini 2 ildə 400 dəfə zorladı – ŞOK İDDİA
- Ayxan Abbasov: "Belajdi Pusinin transferi bəzi problemlərimizi həll etməyə kömək olacaq"
- Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- Eltac Səfərli “Masters”də vahid lider olub
0
0