“Müsəlman olduğum üçün almanlar mənimlə pis rəftar edir. Mədəniyyət dedikləri budur?”
Apasport.az saytı xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Bavariya”nın hücumçusu Sadio Mane deyib.
Almaniya təmsilçisində onunla pis davranıldığını iddia edən 31 yaşlı futbolçu yayda klubunu dəyişməyi düşünür: “Burada mənimlə çox pis davranırlar. Bəlkə də bunun səbəbi müsəlman olmağımdır. Məncə, mədəniyyət bu olmamalıdır. Yaxın dostum və kumirim olan Mussa Sou mənə müsəlman bir ölkədə karyeramı davam etdirməyi məsləhət görür. Açığı, mən də bu fikirdəyəm.”.
Qeyd edək ki, Mane Münhen klubuna 2022-ci ildə “Liverpul”dan transfer edilib. Seneqal millisinin kapitanı mövsüm ərzində 33 matçda iştirak edərək, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qvardiola: “Çempionlar Liqasını qazanmaq istəyən “Real” səddini keçməlidir”
- Qılıncoynadanlarımız Avropa çempionatında iştirak edəcəklər
- "Kəpəz"də Adil Şükürovun rəhbərliyi ilə ilk məşq
- Sergey Rebrov: “Futbolçular Azərbaycanla oyunun əhəmiyyətini başa düşürlər”
- Elmar Baxşıyev: “Nəticə rahat oynamağa imkan verirdi”