TFF Orkun Kökçü və Sergen Yalçını CƏZALANDIRDI
06.11.2025 - 23:25
Bu gün Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda “Beşiktaş”ın “Fənərbaxça” ilə oynadığı qarşılaşmanın cəzaları müəyyənləşib.
Qərara əsasən, “qara qartallar”ın baş məşqçisi Sergen Yalçın 1 oyunluq, komandanın kapitanı Orkun Kökçü isə 2 oyunluq cəza alıb.
Xatırladaq ki, Yalçın və Kökçü “Fənərbaxça”ya 2:3 hesabı ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdular.
0
0