Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
02.07.2026 - 03:13
Belçika millisinin yarımmüdafiəçisi Yuri Tilemans DÇ-2026-nın 1/16 finalında Seneqalla keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandasının 3:2 hesablı qələbəsində həlledici rol oynayıb.
Tilemans qarşılaşmada 2 qol vurub, 6 hava mübarizəsinin 5-də qalib gəlib, 1 açar ötürmə verib və oyunu 8,4 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, Belçika bu qələbə sayəsində DÇ-2026-nın 1/8 final mərhələsinə yüksəlib.
0
0