Türkiyə - İslandiya matçı alban hakimə tapşırıldı
06.09.2024 - 14:51
UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Türkiyə-İslandiya matçı albaniyalı hakimə tapşırılıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Albaniya Futbol Federasiyasından Enea Jorgji idarə edəcək.
Denis Rexa və Ridiqer Çokaj isə Jorgjinin köməkçiləri olacaq.
Bakı vaxtilə saat 22:45-də keçiriləcək matçın dördüncü hakimi Eldorjan Hamiti olacaq.
Qeyd edək ki, Türkiyə sentyabrın 9-da İzmirdəki "Gürsel Aksel Stadionu"nda İslandiyanı qəbul edəcək.
- Azər Məmmədov "Kəpəz"ə qayıdır: Danışıqlar başlayıb
- Azərbaycan karateçisi Rusiyada bürünc medal qazandı
- Millimizin baş məşqçisi türk olacaq - Bülent Qorxmaz adı ön planda...
- Ramalinqom: “Bombardirlik yarışından danışırıqsa, məncə, Juninyo...” - Müsahibə
- Məşhur futbol veteranı: "O, "İnter"də məni məhv etdi"
0
0