Türkiyə üçün Ronaldo, Dibala və Bonuççinin formasını 5 milyona satdı
09.02.2023 - 15:04
Türkiyədə baş verən zəlzələdən sonra bir çox tanınmış simalar yardım kampaniyaları təşkil etməyə davam edir.
Apasport.az saytı xəbər verir ki, Türkiyə millisinin müdafiəçisi Merih Demiral keçmiş komandası “Yuventus”da birlikdə oynadığı Kriştiano Ronaldo, Paulo Dibala və Leonardo Bonuççinin imzalı formalarını futbolçuların icazəsi ilə hərraca çıxarıb.
Hazırda “Atalanta”nın şərəfini qoruyan 25 yaşlı oyunçu 3 formanı auksionda 5 milyon türk lirəsinə satıb.
Demiral satışdan əldə olunan bütün gəlirin zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürülüb.
- Uğur Özdemir: “Bizi çətin oyun gözləyir”
- Tiaqo Silva: "Heç kim bu mövsüm belə güclü və əzmkar “Zirə” gözləmirdi" - Müsahibə
- Rəşad Sadıqov: “Hər məşqçini belə qələbələr sevindirir”
- Qurban Qurbanov: “Bütün oyunlar bu saatda olsa, belə temp olar”
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
0
0