VAR texnologiyasının istifadəsi dayandırıla bilər.
Apasport.az xəbər verir ki, madridli Fransisko Lopez İspaniya Kral Futbol Federasiyası (RFEF) və FİFA-nı məhkəməyə verib.
O, özünü bu yeniliyin yaradıcısı hesab edir. Lopez 7 ildir ki hər iki təşkilatı buna inandırmağa çalışsa da, istəyinə nail ola bilməyib. İndi o, məsələni məhkəmə yolu ilə həll etməyə çalışacaq.
Məhkəmə yaxın vaxtlarda ehtiyat tədbiri olaraq VAR-ın fəaliyyətinin dayandırılıb-dayandırılmaması barədə qərar verəcək.
Qeyd edək ki, Lopez RFEF və FİFA-dan layihəsindən icazəsiz istifadə etdiklərinə görə 300 milyon avro tələb edir.
- Adrian Mutu: “Penalti səhv qərardır” - MÜSAHİBƏ
- Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”
- Gənc boksçular arasında Azərbaycan birinciliyi keçiriləcək
- Zubir: “Onların ardıcıl çempionluğu heç kim üçün təəccüblü olmayacaq”
- Şenol Günəş: “Qardaş ölkə olsaq da...” - MÜSAHİBƏ