AFFA-nın XXXIV Hesabat Konfransı keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə qurumun tərkibində fəaliyyət göstərən federasiya və üzvlərə ayrılan büdcələr açıqlanıb.
Sıralamada ilk yer Azərbaycan Futzal Federasiyasına məxsusdur. Qurum AFFA-dan ötən il ərzində 1 milyon 631 min 458 manat vəsait alıb.
Digər federasiyalara ayrılan vəsaitlər isə belədir:
Futbolun İnkişaf Fondu – 384 min manat
Regional Futbol Federasiyaları – 208 min manat
Uşaq və Gənclər Futbol Federasiyası – 180 min manat
Çimərlik Futbolu Federasiyası – 138 min manat
Azərbaycan Əlillər Futbolu Federasiyası – 86 min manat
Sahə Futbol Federasiyası – 60 min manat
Bakı FF – 45 min manat
İctimai Futbol Təşkilatları – 39 min 600 manat
Tələbə Futbol Federasiyası – 35 min manat
Isgəndər Cavadov adına Akademiya – 18 min manat