Azarkeşlər Binə qəsəbə stadionunu doldurublar - FOTO
12.03.2025 - 16:00
Futbol üzrə Azərbaycan I liqasında XVIII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilir.
“Baku Sporting” “İmişli”ni qəbul edir.
Binə qəsəbə stadionunda keçirilən matça azarkeş marağı böyükdür.
Tribunaların yarıdan çoxu dolu vəziyyətdədir. Oyunu izləyənlər arasında həm azyaşlı uşaqlara, həm də ahıl şəxslərə rast gəlmək mümkündür.
“Baku Sporting”in azarkeş qrupu da arenada öz yerini alıb. Onlar bayraqlar və şüarlarla öz komandalarına dəstək olurlar.
Qeyd edək ki, hazırda davam edən matçda hesab 1:1-dir.


- ÇL: “Çelsi” “Barsa”ya, “Bayer” “Siti”yə qalib gəlib - YENİLƏNİB
- “Qarabağ”ın yetirməsi II Liqa klubunda - RƏSMİ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- "Sabah"dan ayrılan futbolçu Yunanıstan klubunda - RƏSMİ
- Kəmaləddin Heydərov: “Azərbaycan taekvondosu davamlı inkişaf edir“
0
0