”Qurban müəllim hər zaman belə kritik məqamlarda komandanı oyuna hazırlamağı, kökləməyi yaxşı bacarır”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Qəbələ” və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində evdə “Nyukasl”la matçı dəyərləndirib:
“Deməzdim ki, Ağdam təmsilçisinin şansları azdır. “Qarabağ”ın geniş heyəti var. Əgər birinci oyundan sonra təmsilçimiz sərfəli nəticə əldə etsə, “Nyukasl”ı keçmək üçün maksimum bu şansı dəyərləndirməlidir. Razıyam çətin olacaq. Amma “Qarabağ” da evdə inamlı oyun sərgiləyən komandadır. Onların bu tip matçlarda müəyyən təcrübələri var. Ancaq Qurban müəllim illərdir ki, bu rejimdə, tempdə oyunçuları görüşlərə hazırlayır. “Qarabağ”a uğurlar arzulayırıq”.
Qeyd edək ki, “Qarabağ” - “Nyukasl” matçı saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
- Elvin Cəfərquliyev: “Mübarizələrdə vərəqə yox, top almağı fikirləşirəm”
- Azərbaycan taekvondoçuları Avropa birinciliyinin qalibi olub - FOTO
- “Zirə” Türkiyə klubunu məğlub edib - YENİLƏNİB
- Taekvondoçularımız medala doymur: 3 qızıl, 2 gümüş, 6 bürünc medal - FOTO+VİDEO
- Argentinalı futbolçu Premyer Liqada klubunu dəyişib