Fransa millisinin üzvü “Neftçi”də - RƏSMİ
05.07.2025 - 21:36
"Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, komanda AEK-in vingeri İmad Fərəci heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, "Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, həmiçinin Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının da şərəfini qoruyub.
- Super Liqa təmsilçisində yeni təyinat – RƏSMİ
- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
- Türkiyə millisinin üzvü "Yuventus"un hədəfində
- İsmayıl Zülfüqarlı: “Milli komandadan təklif gələcəyini fikirləşirdim“
- "Zirə" braziliyalı müdafiəçini heyətinə qatıb
0
0