“Leyriya”nın hücumçusu Xuan Munyoz böyük ehtimalla “Qarabağ”a transfer olunmayacaq.
Apasport.az saytına verilən məlumata görə, 29 yaşlı forvard Ağdam klubunun transfer siyahısında yer alsa da, digər hücumçularla aparılan danışıqlar müsbət irəliləyir.
Bundan əlavə, həmin oyunçular Qurban Qurbanovun daha çox istədiyi futbolçular olduğundan, Munyozla razılıq əldə etmək artıq prioritet məsələ deyil.
Beləliklə, Munyoz məsələsi ehtiyat variant kimi kənara qoyulub. Həmin forvardlardan birinin transferinin reallaşacağı nəzərə alınarsa, “Qarabağ” Munyozun keçidinə ciddi üstünlük verməyəcək.
Qeyd edək ki, 2024-cü ildən Portuqaliya klubunda çıxış edən ispaniyalı mərkəz hücumçusu “Sevilya”nın yetirməsidir. O, karyerası ərzində “Zaraqoza”, “Sevilya”, “Levante”, “Almeriya”, “Alkorkon”, “Leqanes” və “Zaqlembe” klublarında da oynayıb.
- Elvin Cəfərquliyev: “Etdiyimiz səhvlər məğlubiyyətə səbəb oldu”
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Ukraynalı futbolçu “Sumqayıt”da - RƏSMİ
- "Sumqayıt" yeni transferini açıqladı - PREMYER LİQA KLUBUNA İCARƏYƏ VERDİ
- “Formula-1” Azərbaycan Qran-Prisi başlayır