Daha öncə xəbər verdiyimiz kimi, "Qarabağ" heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi Kiprin AEK (Larnaka) komandasında çıxış edən fransalı futbolçu Jeremi Qnalini transfer edib.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.
Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.
- “Braqa”dan “Qarabağ”a Çempionlar Liqası təbriki - VİDEO
- İsko “Betis”də qalacaq - YENİ MÜQAVİLƏ İMZALADI
- Bakı Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər
- Adil Şükürov: “Komanda Premyer Liqaya qayıtmağa hazırdır”
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkəti ilə bağlı məhkəmə işi açılıb