Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyuna çıxıb.
Apasport.az xəbər verir ki, yığmamız paytaxt Dəkkədə yerləşən Milli Stadiondakı son matçında yerli komanda ilə qarşılaşıb.
İlk görüşündə Malayziya seçməsi üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun yetirmələri Banqladeş yığmasını da 2:1 hesabı ilə məğlub edib.
Komandamızın heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya vurub.
Bununla da millimiz 6 xalla “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.
- “Fənər”də ciddi itki - YOXLAMA MATÇINDA ZƏDƏLƏNİB
- Fransa millisinin üzvü daha 2 il “Atletiko”da - RƏSMİ
- Taekvondoçularımız medala doymur: 3 qızıl, 2 gümüş, 6 bürünc medal - FOTO+VİDEO
- FİFA Ermənistanı cərimələyib - 16 MİN DOLLAR ÖDƏYƏCƏK
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib