Nigeriya millisinin üzvü “Karvan”da - RƏSMİ
18.07.2025 - 09:55
Premyer Liqaya vəsiqə qazanan "Karvan" növbəti transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, komanda nigeriyalı hücumameyilli yarımmüdafiəçi Qavi Tompsonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Oyunçu son olaraq ölkəsinin “Sportinq Laqos” klubunda forma geyinib.
Qeyd edək ki, Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub. Karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 asist etməyə müəssər olub.
- Ramal Hüseynov: "Qarabağ" rəhbərliyi hər şeyi yaxşı başa düşür"
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- "İnter" Nigeriya millisinin üzvü ilə maraqlanır
- Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
- Arda Güler zirvədə - TÜRKİYƏ TARİXİNDƏ İLK
0
0