“Qarabağ” İsveçdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb
18.07.2025 - 10:26
“Qarabağ”ın U-17 komandası İsveçdə keçirilən “Gothia Puma Trophy” turnirində çıxışını yekunlaşdırıb.
Apasport.az xəbər verir ki, Ağdam klubu B qrupunun pley-off mərhələsinin 1/4 finalında İsveç təmsilçisi “Brommapoyrkarna”ya uduzub.
Təmsilçimiz meydan sahibinə 0:4 hesabı ilə məğlub olub. Bununla da “Qarabağ” turnirdə iştirakını dayandırıb.
Qeyd edək ki, ilk turda İsveçin “Myallbu” komandasına qarşı 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi daha sonra Nigeriyanın “Sportinq Laqos” klubu ilə heç-heçə edib (0:0) və son qarşılaşmada yerli “Göteborq”a məğlub olub – 0:2.
- Rauf Əliyev: “Qarabağ” - “Ayaks” matçı həyati əhəmiyyət daşıyır”
- “Ayaks” baş məşqçisi ilə bağlı qərarını verdi - YOLLAR AYRILDI
- “Atletiko”nun sabiq futbolçusu “Turan Tovuz”da - RƏSMİ
- “Sabah” dörd oyunçusu ilə yollarını ayırıb
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
0
0