Misli Premyer Liqası təmsilçilərindən "Qarabağ" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi Pedro Bikalyonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi yeni komandasında 35 nömrəli formada çıxış edəcək.
Braziliyalı Portuqaliyanın “Alverka” klubundan "Qarabağ"a keçib. 24 yaşlı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Pedro “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Bikalyo bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.
- İbrahim Hacıosmanoğlu: "Hakimlərin üzərinə yaxa kamerası taxılacaq"
- Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
- Region Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib
- Çempionlar Liqası: Turində 8 qol, “Real”dan qələbə - YENİLƏNİB
- Liqa 1-dən “Neftçi”yə - VİDEO