“Qarabağ”ın ÇL heyətində dəyişiklik: İSPANİYALI SİYAHIYA SALINDI
21.11.2025 - 10:45
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində qarşıdakı oyunlar üçün heyətində dəyişiklik edib.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi Coni Montielini siyahıya əlavə edib.
İspaniyalı yarımmüdafiəçi “Çelsi” ilə oyunda (2:2) zədələnən Kadi Borgesin əvəzinə heyətə daxil olunub.
Qeyd edək ki, “Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada “Napoli”nin qonağı olacaq.
0
0