Qurban Qurbanov israr edir: “Qarabağ” üçüncü təklifi göndərdi
16.07.2025 - 23:43
Qurban Qurbanov israr edir: “Qarabağ” üçüncü təklifi göndərdi

“Qarabağ” “Akademika”nın forvardı Andre Klovisin transferi ilə bağlı yenidən hərəkətə keçib.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Portuqaliya klubuna üçüncü təklifini irəli sürüb.

Əvvəlki iki təklif “Akademika” rəhbərliyini qane etmədiyi üçün “Qarabağ” Klovis üçün növbəti dəfə müraciət edib. Bu addımın əsas səbəblərindən biri baş məşqçi Qurban Qurbanovun futbolçunu israrla heyətində görmək istəməsidir. Üstəlik, digər forvardlarla aparılan danışıqlar da müsbət nəticə verməyib. Qurban Qurbanov siyahıda yer alan hücumçular arasında məhz Klovisin transferinə üstünlük verir.

Əgər bu dəfə də danışıqlar uğursuz alınsa, “Qarabağ” məcburiyyət qarşısında qalaraq digər oyunçuların transferinə yönələcək.

Qeyd edək ki, 27 yaşlı braziliyalı hücumçunun “Akademika Vizeu” ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. Klovis karyerası ərzində “İnternasional”, “Leykşoes” və “Eştoril” komandalarında çıxış edib.