Rəhman Daşdəmirov: “Fransa ilə matçda assist edəcəyimi gözləmirdim”
16.11.2025 - 23:31
“Rəqib çox güclü idi”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin üzvü Rəhman Daşdəmirov deyib.
Müdafiəçi Fransa ilə matçı belə dəyərləndirib:
“Məncə, komanda şəklində çox yaxşı mübarizə apardıq və inamlı oynadıq. Belə bir matçda məhsuldar ötürmə edəcəyimi gözləmirdim. Bu, mənim üçün yaddaqalan olacaq. Belə oyunlarda səhvlər qaçınılmazdır”.
Qeyd edək ki, Azərbaycan – Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
0
0