Renat yerli klublardan imtina etdi - “Araz”ın rəqibinə transfer ola bilər
07.07.2025 - 15:48
Renat yerli klublardan imtina etdi - “Araz”ın rəqibinə transfer ola bilər

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov mövsümə hansı klubda başlayacağına hələ qərar verməyib.

Apasport.az saytına verilən məlumata görə, 26 yaşlı hücumçuya Azərbaycan klublarından təklif olsa da, o, yerli çempionatda oynamaq qərarından daşınıb.

Hazırda futbolçuya ən real təkliflər Türkiyə, Almaniya, Polşa və Yunanıstan klublarındandır. Dadaşov hətta Yunanıstanın "Aris" klubuna keçərsə, komandanın Konfrans Liqasında "Araz-Naxçıvan"la oyunu üçün Azərbaycana gələ bilər.

Belə ki, Saloniki təmsilçisi Dadaşovun xidmətində maraqlıdır. Hazırda azad agent statusuna malik forvard qarşıdakı həftə yeni klubu ilə bağlı məsələyə qərar verəcək.

Qeyd edək ki, Renat "Ayntraxt"(Frankfurt), "Eştoril", "Vulverhempton", "Pasuş Ferreyra", "Qrasshopper", "Tondela", "Hatayspor", "Ankaragücü", "Radomyak" klublarında çıxış edib.