“Strasburq”un sabiq üzvü “Sabah”da - RƏSMİ
27.06.2025 - 14:32
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Stiv Solvetlə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Stiv karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.
Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.
- Okan Buruk: “UEFA bu böyük səhvi cəzalandırmalıdır”
- “Liverpul”dan “Roma”ya - RƏSMİ
- Premyer Liqa: “Everton” “Yunayted” səfərindən 3 xalla qayıdır
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- Şahin Diniyev: “Benfika” köklü komandadır, amma “Qarabağ” püxtələşib”
0
0