“Sumqayıt” yeni transferinin müqavilə detallarını açıqladı
09.08.2025 - 23:15
Daha əvvəl xəbər verdiyimiz kimi, “Sumqayıt” sabiq yarımmüdafiəçisi Masaki Muratanı heyətinə qaytarıb.
Apasport.az xəbər verir ki, komanda son mövsümü Danimarkanın "Veyle" klubunda keçirən futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Murata "Sumqayıt"ın heyətində 71 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- PSJ-nin müdafiəçisi Premyer Liqa klubunda - RƏSMİ
- Vladimir Miçoviç: "Novakı nə vaxtsa “Neftçi”nin qapıçısı kimi görmək istəyərdim" - MÜSAHİBƏ
- ÇL: "Çelsi" "Ayaks"ı, "Real" "Yuventus"u məğlub etdi - YENİLƏNİB
- İtaliya Superkubokunun final cütü BƏLLİ OLDU
- Derbidə gözdən düşdü – “Qalatasaray” göndərmək istəyir
0
0