“Sumqayıt”dan mövsümdə ilk transfer - RƏSMİ
10.07.2025 - 17:26

2025/26 mövsüm üçün heyət çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində “14” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu Anqolanın “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində Portuqaliyanın “Vitoria Setubal”, “Arouka” kimi klublarının da şərəfini qoruyub.
- “Fənərbaxça” Okan Buruk haqqında bəyanat yayıb
- Bakıda “Star Cup Azerbaijan – Ulduzlar Liqası” turnirinə start veriləcək
- “Araz-Naxçıvan” Türkiyə klubunu darmadağın etdi - 14:0
- “Sabah”ın II təsnifatdakı potensial rəqibləri müəyyənləşib
- "Qalatasaray"ın "Saracoğlu" fəthi - "Fənər" yenə bacarmadı - YENİLƏNİB
0
0