“Sumqayıt”ın hazırlıq planı məlum olub
08.07.2025 - 15:18
“Sumqayıt”ın hazırlıq planı məlum olub

“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.

Apasport.az xəbər verir ki, iyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” Futbol Klubu məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.

Ayın 25-də Qəbələyə yola düşəcək komandamız hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub.

Qeyd edək ki, rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı barədə yaxın müddətdə məlumat veriləcək.