“Çelsi”nin heyətində itki yaşandı - OYUNU DAVAM ETDİRƏ BİLMƏDİ
05.11.2025 - 21:50
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində “Çelsi” səfərdə “Qarabağ”la qarşılaşır.
Apasport.az xəbər verir ki, “zadəganlar”ın heyətində məcburi əvəzetmə baş verib.
Komandanın 21 yaşlı yarımmüdafiəçisi Romae Lavia zədələnərək meydanı tərk edib. Onu Moises Kaysedo əvəzləyib.
Qeyd edək ki, qarşılaşmada hesab hələ açılmayıb.
0
0