UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn" (İrlandiya) - “Qarabağ” FK matçını “Tolka Park" stadionunda izləmək və dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.
Apasport.az xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "E" sektoru qarşısında biletə dəyişməlidir.
Biletlərin qiyməti böyüklər üçün 25 Avro, uşaqlar və tələbələr üçün isə 20 Avrodur.
Azərkeşlər üçün ümumilikdə "Tolka Park" stadionunda 306 yer ayırılıb.
Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-ü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
- Cerard Pike: "Bu cür oyunlarda komandalar xal qazanmamalıdır" - VİDEO
- Qanalı futbolçu üçün 100 milyon avro – Ronaldo ilə komanda yoldaşı ola bilər
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- Azər Həşimov: “Bəzi məsələlər var ki, mənə aid deyil”
- Qabon millisinə sərt cəza: yığmanın fəaliyyəti dayandırıldı