"Ferentsvaroş"un qolkiperi: "Qarabağ" əks-hücumları yaxşı dəyərləndirdi"
28.08.2025 - 12:10
"Ferentsvaroş"un qolkiperi: "Qarabağ" əks-hücumları yaxşı dəyərləndirdi"

“Bilirdik ki, ilk qol həlledici olacaq. Bunun üçün əlimizdən gələni etdik və qol vurmağı bacardıq”.

Bu sözləri Apasport.az saytına açıqlamasında “Ferentsvaroş”un qapıçısı Deneş Dibuş deyib.

34 yaşlı qolkipər ilk hissədə hesabı bərabərləşdirmək üçün kifayət qədər imkanlarının olduğunu vurğulayıb: “Hesabı bərabərləşdirmək üçün bir-iki şansımız da oldu. Amma səhvimizdən sonra ev sahibi komanda fərqləndi. Xüsusilə də ilk hissənin sonuna yaxın buraxdığımız qol bizim üçün çox ağır oldu. Onlar əks-hücumlarını yaxşı dəyərləndirdilər, dəqiq tamamladılar və hər iki qolu düzgün qərarların nəticəsində vurdular”.

Dibuş ikinci hissədə oyunun fərqli ssenari üzrə davam etdiyini bildirib: “İkinci hissədə bəzi dəyişikliklər etdik və bununla oyunun axarını dəyişə bildik. Daha aqressiv, daha sürətli və hücumameyilli oynadıq. Yenidən qol vurduq və bu, bizə əlavə güc, inam verdi. Son on dəqiqədə isə oyun tamamilə açıq hala gəldi”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının, “Ferentsvaroş” isə Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.