"Sabah bizi maraqlı oyun gözləyir. Bütün diqqətimizi bu matça yönləndirmişik".
Apasport.az xəbər verir ki, bu sözləri "Aris"in futbolçusu Fredrik Yensen deyib.
Finlandiyalı oyunçu "Araz-Naxçıvan"la matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib: "Araz-Naxçıvan"la görüşdə məqsədimiz qələbədir. Sabah bizi çətin oyun gözləyir. Komanda olaraq hazırıq və qarşılaşmadan müsbət nəticə ilə ayrılmaq istəyirik. Hazırlıq səviyyəmiz yaxşıdır. Yeni gələn oyunçular da adaptasiya olub. Sabahkı oyunda qələbə qazanmaq üçün döyüşməliyik, bir-birimizə kömək etməliyik. Klub üçün əlimizdən gələn hər şeyi etməliyik".
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Aris" matçı sabah keçiriləcək.
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- Erməni futbolçu üçün irqçilik iddiası: Böyük cəza gözləyir - VİDEO
- “Qəbələ”nin futbolçusu I Liqa klubunda - RƏSMİ
- Elmar Baxşıyev: “Əliyar Ağayevin qərarı ağır idi”
- “Neftçi”də növbəti ayrılıqlar - BİRİ GEDİR, DİGƏRİ GÖZLƏYİR