KDÇ: "Real" və “Dortmund” növbəti mərhələdə - YENİLƏNİB
02.07.2025 - 09:12

Bu gün FİFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Real Madrid" "Yuventus"la üz-üzə gəlib.
Madrid təmsilçisi minimal hesabla qələbə qazanıb - 1:0.
Mərhələnin son oyununda isə "Borussiya Dortmund" Meksika təmsilçisi "Monterrey"in müqavimətini qırmağa çalışıb.
Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Görüş Bundesliqa klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Klublararası Dünya Çempionatı
23:00. "Real Madrid" - "Yuventus" 1:0
05:00. "Borussiya Dortmund" - "Monterrey" 2:1
0
0